XƏBƏR LENTİ
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026
07 Mart 2026
06 Mart 2026
05 Mart 2026
04 Mart 2026



NBA-nın ən varlı baş məşqçiləri "ilk onluq"da qərarlaşdılar
İdman 22:22 / 11.12.2025

Bu mövsüm Milli Basketbol Assosiasiyasında (NBA) ən çox maaş alan baş məşqçiləri siyahısı açıqlanıb.

"Qolden Steyt Uorriorz"un baş məşqçisi Stiv Kerr zirvədə yer alıb. Onun maaşı 17,5 milyon dollardır. "Mayami Heat"in baş məşqçisi Erik Spoelstra ikinci, "Los Anceles Klippers" baş məşqçisi Tayron Lyu isə ilk üçlükdə (hər ikisi 15 milyon) qərarlaşıblar.

NBA-nın ən çox qazanan 10 baş məşqçisi:
1. Stiv Kerr (Qolden Steyt Uorriorz) - 17,5 milyon dollar
2. Erik Spolstra (Mayami Heat) - 15 milyon dollar
3. Tayronn Lu (Los Anceles Klippers) - 15 milyon dollar
4. Dok Rivers (Milvauki Baks) - 11 milyon dollar
5. İme Udoka (Hyuston Rokets) - 11 milyon dollar
6. Co Mazzulla (Boston Seltiks) - 11 milyon dollar
7. Rik Karlayl (İndiana Peysers) - 11 milyon dollar
8. Mayk Braun (Nyu-York Niks) - 10 milyon dollar
9. Ceyson Kidd (Dallas Maveriks) - 9,5 milyon dollar
10. Ceyms Cey Redik (Los Anceles Leykers) - 9 milyon dollar


5502 oxunub

InvestAZ