XƏBƏR LENTİ
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026
07 Mart 2026
06 Mart 2026
05 Mart 2026
04 Mart 2026



“Pool” bilyard idman növü üzrə ölkə çempionatı keçiriləcək
İdman 15:12 / 11.12.2025

Dekabrın 13-15-də Azərbaycan Bilyard Federasiyası (ABF), Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və "AzPulMat” şirkətinin təşkilatçılığı ilə 2025-ci il tarixlərində "Pool” bilyard idman növü üzrə ölkə çempionatı keçiriləcək.

Olimpiyadunyasi.com Azərbaycan Bilyard Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, çempionat həm kişilər, həm də qadın idmançılar arasında baş tutacaq.

Bu tədbir Azərbaycanın bilyard idmanında növbəti mühüm mərhələ olmaqla, ölkəmizdə "pool” növünün inkişafına, idmançıların peşəkarlıq səviyyəsinin yüksəldilməsinə və beynəlxalq arenada uğurlar üçün yeni istedadların aşkar edilməsinə xidmət edir.

Çempionatda ölkənin müxtəlif regionlarından güclü idmançıların iştirakı gözlənilir. Yarışlar beynəlxalq standartlara uyğun qaydalar əsasında təşkil olunacaq və qaliblər həm medallar, həm də diplomlarla təltif olunacaqlar.


5127 oxunub

InvestAZ