XƏBƏR LENTİ
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026
07 Mart 2026
06 Mart 2026
05 Mart 2026
04 Mart 2026



Cüdo üzrə Azərbaycan çempionatında fərdi yarışlara yekun vuruldu
İdman 20:39 / 06.12.2025

Bakı İdman Sarayında keçirilən qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatında fərdi yarışlara yekun vurulub.

Yüksək yarış standartlarında təşkil olunan çempionatın ikinci günündə 7 çəki dərəcəsi üzrə 93 cüdoçu mükafatlar uğrunda mübarizə aparıb.

Qadınlararasında Könül Əliyeva (48 kq, "Neftçi" İK),Aydan Vəliyeva (52 kq, "Neftçi" İK),Vüsalə Hacıyeva (57 kq, "Neftçi" İK), kişilərin yarışında isəVüsal Qələndərzadə (81 kq, "Atilla" İK),Məmmədrza Hacızadə (90 kq, "Sərhədçi" İM), Elmar Qasımov (100 kq, "Atilla" İK) vəKənan Nəsibov (+100 kq, "Kanokan-TT" İK) bütün rəqiblərinə qalib gələrək ölkə çempionu adına layiq görülüb.

Ümumi mükafat fondu 50 min manat olan budəfəki çempionatda paytaxt və bölgələri təmsil edən 50 klubdan 206 (154 kişi, 52 qadın) cüdoçu medallar uğrunda yarışıb.
Azərbaycan çempionatına sabah qarışıq komanda yarışları ilə yekun vurulacaq.


5712 oxunub

InvestAZ