XƏBƏR LENTİ
05 Dekabr 2025
04 Dekabr 2025
03 Dekabr 2025
02 Dekabr 2025



Balakişi Qasımov yenidən Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti seçilib
İdman 14:01 / 05.12.2025
Dekabrın 5-də Azərbaycan Qılıncoynatma Federasiyasının ümumi yığıncağı keçirilib. Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə və federasiya rəsmiləri iştirak ediblər. Dövlət Himnimizin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov yığıncaq iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb. 
Tədbirdə 61 yaşında dünyasını dəyişən mərhum vitse-prezident Fərhad Kasimovun xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Federasiyanın baş katibi Vasif Məmmədov çıxış edərək 2022-2025-ci illər ərzində federasiyanın fəaliyyəti, görüləcəklər işlər, keçirilən yarışlar, əldə olunan uğurlar barədə məlumat verib.
Sonra Azərbaycan Qılıncoynatma Federasiyasının rəhbərliyinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, Balakişi Qasımov növbəti 4 il müddətinə federasiyanın prezidenti, Fikrət Zeynalov vitse-prezidenti, Vasif Məmmədov baş katibi seçiliblər. İcraiyyə Komitəsinə Fikrət Zeynalov, Vasif Məmmədov, Sadıq Sadıqov və Adilə Əhmədova üzv seçiliblər. 
Tədbirdə çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Balakişi Qasımovu yenidən Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib. Sonda Balakişi Qasımov çıxış edərək göstərilən etimada görə minnətdarlığını bildirib.

88 oxunub

InvestAZ