Bu gün Bakı İdman Sarayında cüdo üzrə qadınlar və kişilər arasında ölkə çempionatına start veriləcək. Üç gün davam edəcək yarışda paytaxtla yanaşı, müxtəlif bölgələri əhatə edən 50 klub və idman təşkilatından 206 idmançı 14 çəki dərəcəsində qüvvəsini sınayacaq. Çempionatın ilk iki günündə fərdi, son günündə isə komanda yarışları keçiriləcək.
Qeyd edək ki, çempionatın təsnifat görüşləri saat 10:00-da, final bloku isə saat 17:00-da başlayacaq.
17 oxunub