İdman 23:38 / 03.12.2025
Amerikalı boksçu Corc Formenin 1968-ci ildə Mexiko Yay Olimpiya Oyunlarında qazandığı qızıl medal "Lelands" Hərrac Evində satışa çıxarılıb.
Medal üçün başlanğıc qiyməti 2500 dollardan başlayıb. Hazırkı təklif 3300 dolları keçib.
Məlumat üçün bildirək ki, Formen qızıl medalı 19 yaşında (81 kq) çəki dərəcəsində SSRİ boksçusu Yonas Çepulisini texniki nokautla məğlub edərək qazanıb.
Cor Formen Dünya Boks Şurasının (WBC), Dünya Boks Assosiasiyasının (WBA) və Beynəlxalq Boks Federasiyasının (IBF) keçmiş ağır çəkili çempionu olub. O, 81 peşəkar döyüşdə iştirak edib, 76 qələbə (68-i nokautla) və beş məğlubiyyətlə üzləşib. Amerikalı boks əfsanəsi peşəkar karyerasını 1969-cu ildə başlayıb və 1977-ci ilə qədər davam etdirib. On il fasilədən sonra boksa qayıdaraq, 1997-ci ilə qədər rinqdə döyüşüb. 48 yaşında boksla vidalaşan Formeni azarkeşlər daha çox 1974-cü ildə Zairin paytaxtı Kinşasa şəhərində (indiki Konqo Demokratik Respublikası) Məhəmməd Əli ilə döyüşü ilə xatırlayırlar. "Cəngəllikdə gurultu" ləqəbli boksçu 76 yaşında dünyasını dəyişib.