XƏBƏR LENTİ
21 Noyabr 2025
20 Noyabr 2025
19 Noyabr 2025
18 Noyabr 2025
17 Noyabr 2025
16 Noyabr 2025



Azərbaycan komandasının VI İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimindəki bayraqdarları müəyyənləşdi
İdman 12:24 / 21.11.2025

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində Azərbaycan idman nümayəndə heyətinin bayraqdarları müəyyənləşib. Bu gün keçiriləcək bağlanış mərasimində üçrəngli Azərbaycan bayrağını yunan-Roma güləşi üzrə idmançımız Həsrət Cəfərov və qılıncoynatma üzrə idmançımız Səbinə Kərimova aparacaqlar.

Həsrət Cəfərov (67 kq) VI İslam Həmrəyliyi Oyunlarında yunan-Roma güləşi üzrə gümüş medal qazanıb.

Səbinə Kərimovanın çıxış etdiyi qadınlardan ibarət qılıncoynatma komandasında sablya növü üzrə yarışlarda çempionu olub.

Qeyd edək ki, bağlanış mərasimi Bakı vaxtı ilə saat 21:00-da PNU stadiyonu-Şahzadə Nourah Universitetində keçiriləcək.


102 oxunub

InvestAZ