Qılıncoynadanlarımız İslamiadada qızıl medal qazandı
İdman 21:14 / 20.11.2025
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən qılıncoynatma yarışları davam edir.
Bu gün qızlardan ibarət komandamız qılıncoynatmanın sablya növü üzrə finalda Özbəkistan millisi ilə üz-üzə gəlib.Millimiz görüşdə 45:43 hesabı ilə qalib gələrək Oyunların qızıl medalına layiq görülüb.
150 oxunub