XƏBƏR LENTİ
20 Noyabr 2025
19 Noyabr 2025
18 Noyabr 2025
17 Noyabr 2025
16 Noyabr 2025
15 Noyabr 2025
14 Noyabr 2025



Azərbaycan Deflimpiya Komitəsi ICSD ilə əməkdaşlığı gücləndirir
İdman 12:43 / 20.11.2025
Azərbaycan Deflimpiya Komitəsi ilə Beynəlxalq Eşitmə Məhdudiyyətli Şəxslərin İdman Komitəsi (ICSD) arasında əməkdaşlığın gücləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

Bu barədə Azərbaycan Deflimpiya Komitəsindən məlumat verilib.

Qurumun İdarə Heyətinin sədri Anar Bayramovun başçılıq etdiyi nümayəndə heyəti ICSD-nin prezidenti Kosa Adamla görüşüb. XXV Yay Deflimpiya Oyunlarında ölkəmizin idman tarixində ilk dəfə olaraq medal qazanması münasibətilə keçirilən görüşdə Anar Bayramov bildirib ki, cüdoçu Coşqun Əliyev (60 kq) beynəlxalq yarışlarda kifayət qədər təcrübələri olan idmançıları məğlub edərək gümüş medal qazanıb. Bununla da Azərbaycan tarixində ilk dəfə olaraq Deflimpiya Oyunlarında gümüş medal qazanan deflimpiyaçı kimi tarixə düşüb.

ICSD prezidenti Adam Kosa isə tarixi hadisə münasibətilə Azərbaycan nümayəndə heyətini təbrik edib və növbəti yarışlarda idmançılarımıza uğurlar arzulayıb. Görüşdə həmçinin ölkəmizdə deflimpiya hərəkatının inkişafı, bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsi imkanları barədə fikir mübadiləsi də aparılıb.

192 oxunub

InvestAZ