XƏBƏR LENTİ
22 Yanvar 2026
21 Yanvar 2026
19 Yanvar 2026
18 Yanvar 2026
16 Yanvar 2026
14 Yanvar 2026
13 Yanvar 2026
12 Yanvar 2026
09 Yanvar 2026



III MDB Oyunları: Güləşçilərimizdən daha 7 medal
İdman 20:53 / 04.10.2025
Azərbaycanda III MDB Oyunları çərçivəsində keçirilən güləş yarışları davam edir.
Bu gün sərbəst güləşdə 5, qadın güləşində isə 4 çəkidə qaliblər müəyyənləşib.
Gəncə Olimpiya İdman Kompleksində keçirilən güləş yarışının ikinci günündə 51 idmançı mübarizə aparıb.
İlk yarış günündəki nəticə təkrarlanıb. Belə ki, bu gün də 7 güləşçimiz fəxri kürsüyə qalxıb. İdmançılarımız ilk gündə olduğu kimi, 1 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıblar.
Sərbəst güləşdə bütün təmsilçilərimiz ilk "3-lük”də yer alıblar. Rəvan Həsənzadə (48 kq) çempion olub. Hüseyn İsmayılov (65 kq) və Əli Hacıyev (80 kq) ikinci, İbrahim Süleymanov (55 kq) ilə Hakim Tağıyev (110 kq) isə üçüncü yeri tutub.
Qadın güləşində Xədicə Qurbanzadə (49 kq) və Esra Məmmədli (57 kq) bürünc medalı boynundan asıb.
Beləliklə, güləşçilərimiz ilk iki gündə 14 medal qazanıb. Oktyabrın 7-də yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək.

6922 oxunub

InvestAZ