Astarada ötən həftə idmanın müxtəlif növündə keçirilən yarışlarda xeyli idmançı öz qüvvəsini sınayıb. "İdman hamı üçün” layihəsi çərçivəsində kütləvi açıq idman tədbiri də maraqlı anlarla yadda qalıb. Belə ki, Astara Olimpiya İdman Kompleksində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin və Astara Olimpiya İdman Kompleksinin təşkilatçılığı ilə keçirilən kütləvi idman tədbirində sərbəst güləş, qadın güləşi, futbol, voleybol və stolüstü tennis idman növləri üzrə göstərilən nümunəvi çıxışlar maraqla qarşılanıb.
Tədbirdə məşqçi-müəllimlər Loğman Ağayev, Nizami Axundov fəal iştirak ediblər.
12342 oxunub