İdman 18:24 / 01.09.2025
Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığısayəsində Lənkəran şəhər Heydər Əliyev adına Xatirə Parkında "İdman hamı üçün" layihəsi çərçivəsində gimnastika, voleybol, atletika, ağırlıqqaldırma, karate, kəndirlə mübarizə, nərd, dama və digər mütəhərrikidman oyun növləri üzrə nümunəvi çıxışlar göstərilib.
Olimpnews.az xəbər verir ki, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin və idarənin nəzdində fəaliyyət göstərən Lənkəran şəhər Uşaq Gənclər İdman Məktəbinin kollektivi, "Lənkəran” İdman klubunun, eləcəLənkəran Gənclər Evinin kollektivlərin və rayon sakinlərinin iştirak etdikləri kütləvi idman tədbirinin məqsəd isə əhali arasında idmanın təbliği, idmana marağın artırılması, fiziki inkişafına, sağlam həyat tərzinə çağırış, asudə vaxtın səmərəli təşkilidir.