XƏBƏR LENTİ
12 Mart 2026
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026
07 Mart 2026
06 Mart 2026



Ev sahibləri maliyyə problemi ilə üzləşiblər
İdman 17:44 / 01.09.2025

Futbol üzrə 2026-cı ildə keçiriləcəkdünya çempionatının oyunlarına ev sahibliyi edən Amerika şəhərlərindəki təşkilat komitələri hazırlıq üçün kifayət qədər maliyyələşmə problemi ilə üzləşib.

Olimpiyadunyasi.com Politico portalının məlumatına istinadən xəbər verir ki, ən azı iki regional komitə rəsmi olaraq lazımi maliyyə dəstəyinin olmaması ilə bağlı narahatlığını ifadə edib. Qeyd edək ki, 48 milli komandanın iştirakı ilə ilk dəfə keçiriləcək dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. ABŞ-da ev sahibliyi edən şəhərlər sırasına Şərqi Ruterford, Arlinqton, Kanzas Siti, Hyuston, İnqlvud, Sietl, Atlanta, Filadelfiya, Santa Klara, Mayami Qardens və Foksboro daxildir.


10553 oxunub

InvestAZ