XƏBƏR LENTİ
12 Mart 2026
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026
07 Mart 2026
06 Mart 2026



"Beşiktaş" Sulşeri Sergen Yalçınla əvəzlədi
İdman 13:05 / 29.08.2025
Futbol üzrə UEFA Konfrans Liqasında İsveçrənin "Lozanna” komandasına iki oyunun nəticəsinə görə məğlub olaraq turnirlə vidalaşan "Beşiktaş” klubu oyundan sonra norveçli baş məşqçi Ole Qunnar Sulşerlə yollarını ayırıb.
İstanbul klubunun prezidenti Serdal Adalı dərhal veteran futbolçu Sergen Yalçınla görüşərək, təcrübəli mütəxəssislə razılığa gəlib. "Ağ-qaralar” bu gün yeni baş məşqçini ictimaiyyətə təqdim edəcək və iki illik müqavilə imzalayacaq.
Artıq Sergen Yalçının "Beşiktaş”dakı köməkçilərinin də adlarına aydınlıq gəlib. Onun köməkçiləri Murat Kaytaz və Ozan Köprülü olacaq. İdman performansı sahəsində isə Niyazi Eniseler ve Emre Gürbüz yer alacaq. "Beşiktaş”ın əfsanə futbolçusu Atiba Hutçinsonun da Sergen Yalçının komandasında yer alacağı bildirilir.
Bu gün Sergen Yalçın baş məşqçi kimi ictimaiyyətə rəsmi olaraq təqdim edildikdən sonra komandanı ilk məşqinə çıxaracaq. Komanda bazar günü yeni baş məşqçinin rəhbərliyi altında "Alanyaspor”'la üz-üzə gələcək.
Xatırladaq ki, Sergen Yalçın 2020-2022-ci illər mövsümündə də "qara qartallar”a rəhbərlik edib. Türkiyə təmsilçisi onun rəhbərliyi altında 2020-2021-ci illər mövsümünü Super Liqanın çempionu olaraq tamamlayıb, həmçinin, Türkiyə Kubokunun qalibi olub.

12915 oxunub

InvestAZ