XƏBƏR LENTİ
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025



Voleybolçularımız Avropa Qızıl Liqasına ölkə xaricində hazırlaşacaq
İdman 15:30 / 09.05.2025
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Qızıl Liqasına hazırlığı ölkə xaricində davam etdirəcək. 
"Olimpiyadunyasi.com" Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, bu gün komandamız bu məqsədlə Sloveniyaya yola düşüb. 
Yığmamız burada mayın 9-dan 17-ə kimi təlim-məşq toplanışında olacaq. Daha sonra isə voleybolçularımız Yunanıstana yollanacaqlar. Bu ölkədəki təlim-məşq toplanışı isə mayın 24-dək davam edəcək. Hazırlıq proseslərində millimizin yoxlama oyunları keçirməsi də nəzərdə tutulur. Komandamızın son heyəti təlim-məşq toplanışlarından sonra bəlli olacaq.
Qeyd edək ki, yığmamız ilk oyunlarını Bakıda keçirəcək. Mayın 30-da və iyunun 1-də baş tutacaq bu görüşlərdə rəqiblərimiz Macarıstan və Sloveniya komandaları olacaq.

3323 oxunub

InvestAZ