XƏBƏR LENTİ
10 Fevral 2026
09 Fevral 2026
08 Fevral 2026
07 Fevral 2026
06 Fevral 2026
05 Fevral 2026
04 Fevral 2026



"Real" Vilyarel səfərindən minimal hesablı qələbə ilə qayıdır
İdman 23:57 / 15.03.2025

İspaniya La Liqasının 28-ci turunun oyunları davam edir. Kuboka iddiasını davam etdirən Madrid "Real"ı səfərdə "Vilyarreal"la qarşılaşıb. Oyun "Kral klubu"nun minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:2. Meydan sahiblərinin erkən qoluna Kilian Mbappe iki qolla cavab verib. Beləliklə, oyunu qələbə ilə başa vuran Karlo Ançelottinin komandası 60 xalla birinci pilləyə yüksəlib. Onlar iki oyun az keçirən "Barselona"nı üç xal qabaqlayır. "Vilyarreal" isə 28 oyundan sonra 44 xalla turnir cədvəlində 5-ci yerdədir. 


13608 oxunub

InvestAZ