XƏBƏR LENTİ
14 Mart 2025
13 Mart 2025
12 Mart 2025
11 Mart 2025
10 Mart 2025



Peşəkar Çövkən Liqasında yeni mövsümə start verildi
İdman 12:37 / 13.03.2025

Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Peşəkar Çövkən Liqasında yeni mövsümün açılış mərasimi və ilk turun oyunları keçirilib.
Azərbaycan Atçılıq Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Binə Atçılıq Mərkəzində təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Açılış mərasimində DSX-nin nümunəvi orkestri, rəqs ansamblı, tanınmış sənətçilər musiqi və rəqs nümunələri ilə çıxış edərək tədbirə xüsusi rəng qatıb.
Yeni mövsümün ilk turunda "Sərhədçi” "Buta Qolden”i 3:0, "Omar” liqaya yeni qatılan "Xəzər”i 5:1 hesabı ilə üstələyib. "Polad” və "Elit” kollektivləri arasında qarşılaşma isə qolsuz bərabərliklə başa çatıb.
İkinci turda "Şirvan” "Atilla”nı 8:1 hesabı ilə məğlub edib. "Embavud” "Qarabağ” komandasına 7, "Zəfər” isə "Ağstafa Dilbaz”a 10 top fərqlə qalib gəlib.
Qeyd edək ki, Peşəkar Çövkən Liqası noyabrın 26-dək davam edəcək.



198 oxunub

InvestAZ