XƏBƏR LENTİ
10 Yanvar 2025
09 Yanvar 2025
08 Yanvar 2025
07 Yanvar 2025



Gənclər və İdman Nazirliyi 2024-ci ilin ən yaxşılarını mükafatlandırdı - FOTO
İdman 00:41 / 10.01.2025

Yanvarın 9-da "Buta Palace”da Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 2024-cü ilin idman yekunlarına həsr olunmuş qala mərasim təşkil edilib.

Dövlət və hökumət rəsmiləri, federasiyaların rəhbərləri, titullu idmançılar və məşqçilərin iştirak etdiyi mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Mərasimdə çıxış edən Gənclər və İdman naziri Fərid Qayıbov qonaqları salamlayaraq Prezident İlham Əliyevin ötən ilin idman yekunlarına əsasən, bir sıra idman ictimaiyyətinin nümayəndələrini mükafatlandırdığını diqqətə çatdırıb.

Bu addımın idmançılara stimul verdiyini deyən nazir 2024-cü ilin Azərbaycan idmanı üçün uğurlu keçdiyini qeyd edib. Fərid Qayıbov bu münasibətlə federasiya rəhbərlərini, idmançıları, məşqçiləri və idman ictimaiyyətinin nümayəndələrini təbrik edib.

2024-cü ilin idman yekunları barədə hesabat videoçarxı təqdim edildikdən sonra federasiyalar, idman jurnalistləri arasında və sosial mediada aparılmış sorğu əsasında müəyyənləşmiş müxtəlif nominasiyalar üzrə ilin qalibləri mükafatlandırılıb.

2024-cü ilin Ədalətli oyun (Fair-play) mükafatçısı

1) Qaşım Maqomedov (Taekvondo)

2) Leyla Abidinova (Atletika)

3) Nərmin Şərifova (Badminton)

İlin ən yaxşı idman tədbiri

1) Formula 1 Azərbaycan Qran-Prisi (Bakı)

2) Beynəlxalq Avarçəkmə Reqatası (Füzuli və Mingəçevir)

3) Cüdo üzrə "Böyük Dəbilqə" turniri (Bakı)

İlin ən yaxşı Uşaq-Gənclər İdman Məktəbi

1) "Ulduz” Futbol Akademiyası

2) ROEQİUG Velosiped məktəbi

3) Masallı Rayon Uşaq və Gənclər Məktəbi

İlin idman mövzusunda ən yaxşı videoçarxı

1) "Bir də gəlsəm” - Azərbaycan Cüdo Federasiyası

2) "Doğru hədəfə yönəl” - ATV

3) Güləşçilərin musiqi testi - Azərbaycan Güləş Federasiyası

İlin ən yaxşı idman fotoqrafı

1) Zaur Mustafayev (Trend.az)

2) Nadejda Cavad

3) İslam Atakişiyev (İdman.biz)

İlin ən yaxşı media qurumu

1) "CBC Sport”

2)AZƏRTAC

3) İdman.biz

İlin ən yaxşı idman jurnalisti

1) Elmir Əliyev (Haqqın.az)

2) Kənan Hakimov (İctimai TV)

3) Nazilə Əhmədova (Real TV)

İlin ən yaxşı idman klubu

1) "Ocaq Sport” İdman Klubu

2) "Neftçi” İdman Klubu

3) "Volan” Badminton Klubu

İlin ən yaxşı idman qurğusu

1) Milli Gimnastika Arenası

2) Bakı Su İdmanı Sarayı

3) "Kür” Olimpiya Tədris-İdman Mərkəzi

İlin ən yaxşı Olimpiya İdman Kompleksi

1) Quba Olimpiya İdman Kompleksi

2) Goranboy Olimpiya İdman Kompleksi

3) Ağdaş Olimpiya İdman Kompleksi

İlin ən yaxşı tibb personalı

1) Aydın Ağaliyev (Gimnastika)

2) Nigar Heydərova (MİTRİ)

3) Ramil Vəliyev (Cüdo)

İlin ən yaxşı idman hakimi

1) Emil Qurbanəliyev (Boks)

2) Nataliya Bulanova (Gimnastika)

3) Asif Şirəliyev (Güləş)

2024-cü ildə uğurlu beynəlxalq fəaliyyətə görə

1) Azərbaycan Atçılıq Federasiyası

2) Azərbaycan Atıcılıq Federasiyası

3) Azərbaycan Ağırlıqqaldırma Federasiyası

İlin ən yaxşı idman federasiyası

1) Azərbaycan Cüdo Federasiyası

2) Azərbaycan Gimnastika Federasiyası

3) Azərbaycan Güləş Federasiyası

İlin kişilərdən ibarət ən yaxşı klub komandası (oyun idman növləri)

1) "Qarabağ” Futbol Komandası

2) "Azərreyl” çimərlik voleybol komandası

3) "Birbaşa Bakı” Minifutbol komandası

İlin qadınlardan ibarət ən yaxşı klub komandası (oyun idman növləri)

1) "Azərreyl” çimərlik voleybol komandası

2) "Neftçi” 3x3 basketbol komandası

3) "Qarabağ” həndbol komandası

İlin kişilərdən ibarət ən yaxşı milli komandası

1) Yunan-Roma güləşi üzrə milli komanda

2) Cüdo üzrə milli komanda

3) Sərbəst güləş üzrə milli komanda

İlin qadınlardan ibarət ən yaxşı komandası

1) Bədii gimnastika üzrə qrup hərəkətləri komandası

2) 3x3 basketbol üzrə milli komanda

3) Güləş üzrə milli komanda

İlin qeyri-Olimpiya idman növləri üzrə ən yaxşı məşqçisi

1) İradə Qurbanova (Akrobatika gimnastikası)

2) Adil Hüseynzadə (Tamblinq gimnastikası)

3) Eduard Məmmədov (Kikboksinq)

İlin ən yaxşı qadın məşqçisi

1) Siyana Vasileva (Bədii gimnastika)

2) Solmaz Adilova (Qadın güləşi)

3) Larisa Axundova (Kanoe və kayak)

İlin ən yaxşı kişi məşqçisi

1) Riçard Trautman (Cüdo)

2) Məmməd Abdullayev (Taekvondo)

3) Qurban Qurbanov (Futbol)

Qeyri-Olimpiya növləri üzrə ilin ən yaxşı idmançısı

1) Ağasif Rəhimov və Raziyə Seyidli (Akrobatika)

2) Ülviyyə Fətəliyeva (Şahmat)

3) Əliqismət Həsənov (Karate)

İlin ən yaxşı qadın paralimpiyaçısı

1) Lamiyə Vəliyeva (Paraatletika)

2) Dürsədəf Kərimova (Paracüdo)

3) Könül Süleymanova (Paraüzgüçülük)

İlin ən yaxşı kişi paralimpiyaçısı

1) İmaməddin Xəlilov (Parataekvondo)

2) Səid Nəcəfzadə (Paraatletika)

3) İlham Zəkiyev (Paracüdo)

İlin ən yaxşı qadın idmançısı

1) Yaylagül Ramazanova (Kamandan oxatma)

2) Anna Skidan (Atletika)

3) Mariya Stadnik (Güləş)

İlin ən yaxşı kişi idmançısı

1) Hidayət Heydərov (Cüdo)

2) Zelim Kotsoyev (Cüdo)

3) Qaşım Maqomedov (Taekvondo)

Mərasimdə karyerasını başa vurmuş bədii gimnastlar Zöhrə Ağamirova və Zeynəb Hümmətova, güləşçilər Hacı Əliyev və Sabah Şəriəti idmanın inkişafındakı xidmətlərinə görə təltif olunublar.

Tədbir bədii hissə ilə davam edib.


412 oxunub

InvestAZ