XƏBƏR LENTİ
13 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025



"Real" superkubokun finalında "Barselona"ya rəqib oldu - FOTO
İdman 01:05 / 10.01.2025

Futbol üzrə İspaniya Superkubokunda ikinci finalçının adına aydınlıq gəlib. 

"olimpnews.az" xəbər verir ki, bu, yarımfinal matçında "Malyorka"ya qalib gələn Madrid "Real"ıdır. "Kral Klubu" Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən qarşılaşmada rəqibinə 3:0 hesabı ilə qalib gəlib. İlk yarısı qolsuz heç-heçə ilə başa çatan matçda hesab ikinci hissənin 63-cü dəqiqəsində açılıb. Cud Bellingem komandasını hesabda önə çıxarıb. Matçda hesab növbəti dəfə oyunun sonlarında dəyişib. 90+3-ü dəqiqədə "Malyorka"nın futbolçusu Valyent topu öz qapısına göndərib. Vurulan qoldan iki dəqiqə sonra isə Rodriqo matçda yekun hesabı müəyyənləşdirib. İnamlı qələbə sayəsində finala yüksələn Karlo Ancelottinin komandası həlledici görüşdə əzəli rəqibi "Barselona" ilə qarşılaşacaq. 

Mövsümün ilk "El Klasiko"su yanvarın 12-də təşkil olunacaq.

Xatırladaq ki, Kataloniya təmsilçisi ötən gün yarımfinalda "Atletik Bilbao" komandasına 2:0 hesabı ilə qalib gələrək həlledici görüşə vəsiqə qazanmışdı. 



7883 oxunub

InvestAZ