XƏBƏR LENTİ
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026
12 Mart 2026



Federasiya rəsmisi beynəlxalq yarışa təyinat alıb
İdman 12:56 / 09.12.2024

Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli beynəlxalq yarışa supervayzer təyin olunub.

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, o, qadın voleybolçular arasında CEV kubokunun 1/8 finalında "THY İstanbul" (Türkiyə) və "Mbh-Bekeşçaba" (Macarıstan) komandalarının cavab qarşılaşmasında hakimlərin işinə qiymət verəcək.

Dekabrın 10-da İstanbulda keçiriləcək oyunun hakimləri ingiltərəli Dominik Bieqaylo və bosniya və herseqovinalı Mirza Başiç olacaq.

Qeyd edək ki, komandalar arasında baş tutan ilk matçda Türkiyə təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.


15965 oxunub

InvestAZ