XƏBƏR LENTİ
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025
19 İyun 2025



Sərbəst güləşçilərimiz reytinq turnirində mübarizəyə başlayırlar
İdman 11:14 / 06.06.2024

Bu gün Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə reytinq turnirinə start veriləcək.

Yarışın ilk günündə Azərbaycanın 4 sərbəst güləşçisi mübarizəyə başlayacaq.

Yığmanın heyətində Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Maqomedxan Maqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) xalça üzərinə çıxacaqlar. Görüşlər hər gün Bakı vaxtı ilə saat 12:30-da başlayacaq. Medallar uğrunda qarşılaşmalar isə saat 19:00-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan millisi iyunun 9-dək davam edəcək reytinq turnirində 14 güləşçi ilə təmsil olunur.


12644 oxunub

InvestAZ