XƏBƏR LENTİ
12 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025



Avarçəkənlərimiz Qazaxıstanda 8 medal qazandılar
İdman 15:12 / 03.06.2024

İyunun 1-2-də Qazaxıstanın Uralsk şəhərində "1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş kayak və kanoe üzrə beynəlxalq turnir keçirilib.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) mətbuat xidmətindən verilən məlumata görə, 5 ölkədən 10-a yaxın komandanın mübarizə apardığı yarışda avarçəkənlərimiz məşqçi Larisa Axundovanın rəhbərliyi altında 2 qızıl, 3 gümüş və 3 bürünc medal əldə ediblər.

İdmançılarımızdan Cavid Vəlizadə 2 nəfərlik kanoe qayığında 200 metr məsafəyə mübarizədə qızıl, 500 metr məsafəyə yarışda gümüş medal qazanıb. Bundan başqa, C.Vəlizadə 1 nəfərlik kanoe qayığında 200 və 500 metr məsafələrdə də ikinci nəticə göstərib. Qarışıq komanda yarışında isə idmançımız 500 metr məsafəni üçüncü pillədə bitirib.

Emil Zeynalov 2 nəfərlik kayak qayığında qarışıq komanda yarışında 500 metr məsafəni birinci yerdə tamamalayıb. Vacib Babayek-Şahin İsayev cütlüyü 2 nəfərlik kayak qayığında, Niyaz Məlikov isə 1 nəfərlik kayak qayığında 500 metr məsafədə üçüncü nəticə göstərib.


13159 oxunub

InvestAZ