XƏBƏR LENTİ
29 Oktyabr 2025
28 Oktyabr 2025
27 Oktyabr 2025
24 Oktyabr 2025
23 Oktyabr 2025
22 Oktyabr 2025
21 Oktyabr 2025



Qılıncoynadanımız Paris-2024-ə lisenziya qazandı
İdman 10:06 / 29.05.2024
Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət milli komandamızın üzvü Anna Başta Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak edəcək.  
Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Beynəlxalq Qılıncoynatma Federasiyası (FIE) Azərbaycana qılıncoynatmanın sablya növü üzrə qadınların şəxsi yarışında Paris-2024-də iştirak hüququ verən "universal lisenziya" göndərib. Lisenziya olimpiadaya vəsiqə qazanmayan qadın sablyaçılar arasında yüksək reytinqə malik Anna Baştaya verilib.
Bu, ölkəmizin qılıncoynatma növündə təmsil olunacağı ardıcıl 4-cü, ümumilikdə isə 5-ci olimpiada olacaq. 
Xatırladaq ki, daha əvvəl Yelena Jemayeva, Səbinə Kərimova və Anna Başta 4 illiyin zirvə yarışında qadın sablyaçıların şəxsi yarışında ölkəmizi təmsil edib.
Qeyd edək ki, bununla da Azərbaycanın Paris-2024-ə qazandığı lisenziyaların sayı 27-yə çatıb.


18297 oxunub

InvestAZ