SON XƏBƏRLƏR
-
03.11.2026, 19:13
İdman"Qərbi Azərbaycanın idman tarixi" monoqrafiyasının təqdimatı olub
-
03.11.2026, 14:39
İdmanDakar-2026: Süleyman İsmayılzadə çıxışını başa vurub
-
03.11.2026, 09:14
İdmanDakar-2026: Bu gün daha bir bayraqdarımız üzgüçülük yarışlarında mübarizəyə başlayır
-
03.11.2026, 04:21
MüsahibəNicat Şıxəlizadə: "İnanıram ki, bu nailiyyət gənclər və böyüklər arasında da davam edəcək"
-
03.11.2026, 03:54
Müsahibəİbrahim Talıbov: "Gələcəkdə əsas hədəfim böyüklər arasında da Olimpiya çempionu olmaqdır"
-
03.11.2026, 03:50
MüsahibəEmin İskəndərov: "İnanıram ki, İbrahim bundan sonra da böyük uğurlar qazanacaq"
-
03.11.2026, 03:39
İdmanYeniyetmələrin IV Yay Olimpiya Oyunlarının çempionu Vətənə qayıdıb
-
02.11.2026, 22:33
Olimpiya oyunlarıDakar-2026: Yaponiya və Rusiya komandaları liderliyi bölüşür - MEDAL SİYAHISI
-
02.11.2026, 19:06
İdmanXankəndidə cüdo seminarı keçirilib
-
02.11.2026, 18:53
İdmanXankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
02.11.2026, 18:21
İdmanAzərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək
-
02.11.2026, 17:58
Olimpiya oyunlarıYeniyetmələrin IV Yay Olimpiya Oyunlarının çempionu Vətənə qayıdır
-
02.11.2026, 16:58
İdmanAzərbaycanın U-16 voleybol yığmaları Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
-
02.11.2026, 14:23
İdmanDakar-2026: Azərbaycan üzgüçüsü finala vəsiqə qazana bilmədi
-
02.11.2026, 13:23
İdmanBakıda “Zəfər Kuboku” karate turniri keçirilib
-
02.11.2026, 13:01
İdmanKağız jurnaldan bulud texnologiyasına: AİA-da elektron jurnal reallığı
-
02.11.2026, 12:35
İdmanDeflimpiyaçılarımız Avropa çempionatında 3 qızıl medal qazanıblar
-
02.11.2026, 11:40
İdmanZəka sahiblərimiz Avropa çempionatında iştirak edəcəklər
-
02.11.2026, 11:22
İdmanAtçılığın konkur növü üzrə Azərbaycan çempionatı keçiriləcək
-
02.11.2026, 11:01
İdmanAzərbaycan millisi Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
-
02.11.2026, 09:11
Olimpiya oyunlarıDakar-2026: Bayraqdarımız bu gün üzgüçülük yarışlarında mübarizəyə başlayır
-
02.11.2026, 00:50
Olimpiya oyunlarıİbrahim Talıbov: “Çox sevinirəm ki, Vətənə medalla qayıdıram”
-
01.11.2026, 22:28
Olimpiya oyunlarıDakar-2026: Azərbaycan komandası ikinci pillədə qərarlaşır - MEDAL SİYAHISI
-
01.11.2026, 21:24
MüsahibəEmin İskəndərov: “İbrahim verdiyi sözə əməl etdi, Yeniyetmələrin Yay Olimpiya Oyunlarının çempionu oldu”
-
01.11.2026, 20:14
İdmanAzərbaycan komandası Dakar-2026-da ilk qızıl medalını qazandı
-
01.11.2026, 18:28
İdmanGüləşçimiz dünya çempionatında bürünc medal qazandı
-
01.11.2026, 15:08
Olimpiya oyunlarıDakar-2026: Cüdoçumuz finala vəsiqə qazandı
-
01.11.2026, 14:23
Olimpiya oyunlarıCüdoçumuz Dakar-2026-ya qələbə ilə başladı
-
01.11.2026, 14:02
Gündəm“Qələbə qaçışı” 2000-dən çox insanı bir araya gətirib
-
01.11.2026, 09:45
İdmanAzərbaycan komandasının ilk idmançısı Dakar-2026-da mübarizəyə başlayır
-
01.11.2026, 00:47
Olimpiya oyunlarıDakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib
-
31.10.2026, 22:28
İdmanCüdo millimiz Avropa çempionatını birinci pillədə tamamladı
-
31.10.2026, 22:05
İdmanAzərbaycan Cüdo Federasiyası adaptiv cüdo kursunun praktiki məşğələsini keçirib
-
31.10.2026, 21:52
GündəmMillimizin bütün təmsilçiləri cüdo üzrə Asiya Kubokunda mükafatçılar sırasında yer aldılar
Horadizdə şəhid mayor Elnur Əliyevin xatirəsinə həsr olunan güləş turniri keçirilib
İdman
11.08.2026, 21:08
Füzuli rayonunun Horadiz şəhərində Aprel döyüşləri şəhidi, mayor Elnur Əliyevin 50 illik yubileyinə həsr olunmuş V Respublika turniri keçirilib.
Olimpiyadunyasi.com xəbər verir ki, sərbəst güləş üzrə U-15 yaş kateqoriyasında keçirilən turnirdə 8 komandadan 80-dən çox yeniyetmə pəhləvan mübarizə aparıb.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib. Çıxışlarda Aprel döyüşlərinin Azərbaycanın hərb tarixində mühüm mərhələ olduğu vurğulanıb, şəhid mayor Elnur Əliyevin göstərdiyi qəhrəmanlıqdan söz açılıb.
Gərgin və maraqlı idman mübarizəsinin yekununda fərqlənən güləşçilər diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Mükafatların təqdim olunmasında şəhid mayor Elnur Əliyevin qardaşı, polkovnik Həmid Əliyev və onun oğlu Elxan Əlizadə də iştirak ediblər.
Yarışların idarə olunmasını Azərbaycan Güləş Federasiyasının hakimlər briqadası həyata keçirib. Turnirin keçirilməsi həm yeniyetmə güləşçilər üçün növbəti yarış təcrübəsi, həm də şəhid qəhrəmanın xatirəsinin gənc nəslə çatdırılması baxımından əhəmiyyət daşıyıb.
Yarışın informasiya dəstəyi “Olimpiya dünyası” qəzeti və “Olimpsport” jurnalı olub.
Qeyd edək ki, 1976-cı il avqustun 16-da Füzuli rayonunun Dədəli kəndində anadan olan Elnur Əliyev hərbçi kimi Azərbaycan Ordusunda xidmət edib. 2016-cı ilin Aprel döyüşləri zamanı əsgərlərinin həyatını xilas etmək üçün qumbaranın üzərinə atılaraq şəhid olub. Göstərdiyi igidliyə görə ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.