XƏBƏR LENTİ
09 Mart 2026
08 Mart 2026
07 Mart 2026
06 Mart 2026
05 Mart 2026
04 Mart 2026
03 Mart 2026



Qadın güləşçilərimiz Polşada hazırlıq keçirlər
İdman 12:04 / 30.03.2023
Qadın güləşçilərdən ibarət Azərbaycan millisi Polşada təlim-məşq toplanışındadır. Baş məşqçi Semyon Çterevin rəhbərliyi altında 7 güləşçi Xorvatiyada keçiriləcək Avropa çempionatına hazırlaşır. Bunlar Mariya Stadnik (50 kq), İlona Didyak (53 kq), Elnurə Məmmədova (55 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq), Birgül Sultanova (62 kq) və Elis Manolovadır (65 kq).

Azərbaycan millisi yerli Polşa, həmçinin, Bolqarıstan və Fransa yığmaları ilə birgə hazırlaşır.

Qeyd edək ki, Avropa çempionatı aprelin 17-23-ü aralığında keçiriləcək.



24195 oxunub

InvestAZ