SON XƏBƏRLƏR
-
Bugün, 14:45
İdmanDeflimpiyaçımızdan Avropa çempionatında tarixi nəticə
-
Bugün, 14:34
İdmanParacüdo üzrə millimiz dünya çempionatında mübarizə aparacaq
-
Bugün, 13:34
İdmanBakıda Formula 1 trekində ilk dəfə kütləvi qaçış baş tutub
-
Bugün, 13:11
İdmanAzərbaycanla Şimali Makedoniya arasında idman sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb
-
Bugün, 10:04
İdmanAzər Əsgərov usta cüdoçular arasında dünya çempionatında 12-ci medalını qazandı
-
Bugün, 08:41
GündəmBu gün Formula 1 üzrə Azərbaycan Qran-Prisinə start verilir
-
23.09.2026, 15:42
İdmanXüsusi Olimpiya Komitəsində məşqçilərlə görüş olub
-
23.09.2026, 15:27
İdmanFutbola həsr olunan ömür
-
23.09.2026, 13:35
İdmanAzərbaycan Qran-Prisi ərzində azarkeşlər üçün əyləncə proqramı hazırlanıb
-
23.09.2026, 11:34
İdman"Neftçi" Avropa Kubokunda mübarizəyə başlayır
-
23.09.2026, 11:08
İdmanŞahmat millilərimiz bu gün olimpiadada növbəti görüşlərini keçirəcəklər
-
23.09.2026, 10:51
İdmanMillimiz Bakıda Tacikistan yığması ilə qarşılaşacaq
-
23.09.2026, 10:33
İdmanDaha üç boksçumuz Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb
-
23.09.2026, 10:10
Gündəm"Mingəçevir Reqatası" növbəti dəfə Köndələn su anbarında start götürəcək
-
22.09.2026, 22:07
İdmanCüdoçularımız Sarayevoda beynəlxalq turnirdə iştirak edəcəklər
-
22.09.2026, 21:46
İdmanVeteran cüdoçularımızdan dünya çempionatında daha iki qızıl medal
-
22.09.2026, 16:04
MOKMOK-da Yunanıstanın Azərbaycandakı səfiri ilə görüş olub
-
22.09.2026, 15:24
Müsahibə71 yaşılı dünya çempionu: “Əsas məqsədimə çatdim”
-
22.09.2026, 13:20
İdmanCüdoçularımız kata üzrə dünya çempionatında iştirak edəcəklər
-
22.09.2026, 13:14
İdmanAzərbaycan - Çexiya matçına hakim təyinatları açıqlanıb
-
22.09.2026, 12:46
İdmanAŞF rəsmisi Ümumdünya Şahmat Olimpiadasında seans keçirib
-
22.09.2026, 10:35
İdmanÜmumdünya Şahmat Olimpiadası: Azərbaycan millilərinin növbəti rəqibləri müəyyənləşib
-
22.09.2026, 10:18
İdmanİki boksçumuz Avropa çempionatında növbəti mərhələyə vəsiqə qazandı
-
22.09.2026, 00:21
İdmanÜç cüdoçumuz veteranlar arasında dünya çempionatında medal qazanıb
-
21.09.2026, 19:44
İdmanCəlilabadda sərbəst güləş turniri keçirilib
-
21.09.2026, 17:38
İdman“20 Sentyabr - Dövlət Suverenliyi Günü” münasibətilə mini futbol turniri keçirilib
-
21.09.2026, 17:37
İdmanAzərbaycanın çimərlik voleybolçuları U-18 Avropa çempionatında iştirak ediblər
-
21.09.2026, 15:39
İdmanUşaqlar arasında əyləncəli idman yarışı keçirilib
-
21.09.2026, 13:51
İdman“İdman hamı üçün” devizi altında kütləvi açıq idman tədbiri keçirilib
-
21.09.2026, 12:31
İdmanYardımlıda “20 Sentyabr - Dövlət Suverenliyi Günü”nə həsr olunmuş turnir keçirilib
-
21.09.2026, 12:03
İdman“20 Sentyabr – Dövlət Suverenliyi Günü” münasibətilə həndbol yarışı keçirilib
-
21.09.2026, 11:53
İdmanƏdalət təmsilçimiz dünya çempionatına təyinat alıb
-
21.09.2026, 11:53
İdmanƏdalət təmsilçimiz dünya çempionatına təyinat alıb
-
21.09.2026, 11:34
İdmanBasketbol Liqasında iştirakçı klubların siyahısında dəyişiklik olub
Azər Əsgərov usta cüdoçular arasında dünya çempionatında 12-ci medalını qazandı
İdman
Bugün, 10:04
Azərbaycan Cüdo Federasiyasının İcraiyyə Komitəsinin üzvü, “Cüdo Klub 2012” İctimai Birliyinin sədri və klubun təsisçisi, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, ustalar arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalib və mükafatçısı Azər Əsgərov növbəti dəfə mötəbər uğura imza atıb.
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən ustalar arasında dünya çempionatında M7 yaş kateqoriyasında mübarizə aparan veteran cüdoçumuz -100 kq çəki dərəcəsində bürünc medal qazanıb.
Mübarizəyə 1/16 final mərhələsindən başlayan Azər Əsgərov ardıcıl olaraq Polşa təmsilçisi Slavomir Kaminski və Fransadan olan Uilyam Lakomb üzərində qələbə qazanaraq 1/4 finala yüksəlib. Bu mərhələdə ukraynalı Nugzar Meşablişvili ilə qarşılaşan cüdoçumuz gərgin mübarizədən sonra məğlub olub. Bununla belə, Azər Əsgərov medal uğrunda mübarizəni davam etdirib.
Bürünc medal uğrunda keçirilən gərgin qarşılaşmalarda ABŞ təmsilçisi Aleksandr Lopuşanski, kanadalı Mixael Morgenrot və Böyük Britaniya idmançısı Stiven Priss üzərində qələbə qazanan usta cüdoçumuz fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Bununla da Azər Əsgərov veteranlar arasında dünya çempionatlarında 12-ci medalını qazanıb.
Usta cüdoçunun aktivində bundan əlavə dünya cempionatlarının 4 qızıl, 2 gümüş və 5 bürünc medalı var.
Azər Əsgərov Avropa çempionatlarında isə 2 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb. Bu il 60 yaşını qeyd edən Azər Əsgərov ümumilikdə dünya və Avropa çempionatları tarixində 18 medal əldə edib.
Qeyd edək ki yarışda "Judo Club 2012"nin digər üzvlərindən Babək Hacıyev (M5, -60 kq) qızıl, Mahir Abbasov (M1, -81 kq) isə bürünc medala layiq görülüb.
Sarayevodakı çempionatda Azərbaycan komandasına digər qızıl medalları isə Məmmədəli Mehdiyev (M1, -100 kq) və Mövlud Mirəliyev (M5, -100 kq) qazandırıb.
Əbülfət İsmayılov (M1, -60 kq), Mahir Abbasov (M1, -81 kq), Coşqun Abdullayev (M1, -90 kq), Şıxrəcəb Şıxmuradov və Əhməd Məmmədov (hər ikisi M3, -73 kq), Anar Ağayev (M4, -90 kq) və Fərhad Rəcəbli (M8, -90 kq) isə bürünc medala sahib olub.
Beləliklə, çempionatda 30 kişi cüdoçu ilə təmsil olunan komandamız fərdi yarışları 11 (3 qızıl və 8 bürünc) medalla başa vurub. Yığmamız hazırda ümumi medal sıralamasında 65 ölkə arasında 7-ci pillədə qərarlaşır.