SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Azərbaycanla Şimali Makedoniya arasında idman sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb

Azərbaycanla Şimali Makedoniya arasında idman sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb

İdman

Bugün, 13:11

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Şimali Makedoniya Respublikasının İdman Nazirliyi arasında idman sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Bu barədə Olimpiyadunyasi.com-a Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Şimali Makedoniya Respublikasının idman naziri Borko Ristovskinin rəhbərlik etdiyi rəsmi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Səfər çərçivəsində nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək əziz xatirəsini dərin ehtiramla yad edib.

Sonra gənclər və idman naziri Fərid Qayıbov nümayəndə heyəti ilə görüşüb.

Görüşdən əvvəl Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Şimali Makedoniya Respublikasının İdman Nazirliyi arasında idman sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Görüş zamanı Azərbaycan ilə Şimali Makedoniya arasında idman sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Həmçinin qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi və birgə təşəbbüslərin həyata keçirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.

Dİgər xəbərlər