SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

İki boksçumuz Avropa çempionatında növbəti mərhələyə vəsiqə qazandı

İki boksçumuz Avropa çempionatında növbəti mərhələyə vəsiqə qazandı

İdman

Bugün, 10:18

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinən verilən məlumata görə, 70 kq çəki dərəcəsində mübarizə aparan Nəbi İsgəndərov 1/4 finalda Kalman Hankonu (Macarıstan) sınağa çəkib. 

İdmançı ardıcıl 3-cü döyüşündən də qalib ayrılıb – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). N.İsgəndərov yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı da təmin edib. Onun finala gedən yolda rəqibi Con Makkonnell (İrlandiya) olacaq.

Səidcəmşid Cəfərov (75 kq) 1/8 finalda Muksim Abdullayla (Almaniya) üz-üzə gəlib. Dünya çempionatının mükafatçısı hər 3 raundu xeyrinə bitirib və yekunda 5:0 (30:27, 30:27, 29:28, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb. O, növbəti görüşündə Kevin Skottla (İsveç) qüvvəsini sınayacaq.

Hər iki döyüş sentyabrın 23-də keçiriləcək.

Qeyd edək ki, yarışa sentyabrın 25-də yekun vurulacaq.

Dİgər xəbərlər