SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Üç cüdoçumuz veteranlar arasında dünya çempionatında medal qazanıb

Üç cüdoçumuz veteranlar arasında dünya çempionatında medal qazanıb

İdman

Bugün, 00:21

Azərbaycan cüdoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən veteranlar arasında dünya çempionatında daha üç medal qazanıblar.

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, M3 yaş kateqoriyasında Şıxrəcəb Şıxmuradov, Əhməd Məmmədov (hər ikisi 73 kq) və M4 yaş kateqoriyasında Anar Ağayev (90 kq) mundialı bürünc medalla başa vurublar.

Xatırladaq ki, ilk yarış günündə Məmmədəli Mehdiyev (100 kq) qızıl, Əbülfət İsmayılov (60 kq), Mahir Abbasov (81 kq) və Coşqun Abdullayev (90 kq) isə bürünc medala sahib çıxıblar.

Dİgər xəbərlər