SON XƏBƏRLƏR
-
Bugün, 10:15
Olimpiya oyunlarıOğlanlardan ibarət çimərlik güləşi komandamız Olimpiya Oyunlarını qalibi oldu
-
Bugün, 09:35
GündəmBirinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
-
Bugün, 09:01
Olimpiya oyunlarıDakar-2026: Boksçumuz mübarizəyə başlayır
-
Bugün, 04:16
Olimpiya oyunlarıTunar Quliyev: “Zəfər Günündə bayrağımızı dalğalandırmaq və himnimizi səsləndirmək mənim üçün böyük şərəfdir”
-
Bugün, 04:08
Olimpiya oyunlarıElgün Kərimli: “Qələbəmi şəhidlərimizə və qazilərimizə həsr edirəm”
-
Bugün, 00:20
GündəmPrezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb
-
08.11.2026, 22:32
Olimpiya oyunlarıDakar-2026: Azərbaycan komandası medal siyahısında yeddinci pillədə qərarlaşır
-
08.11.2026, 22:08
Olimpiya oyunlarıAtletimiz Dakar-2026-da çıxışı başa vurdu
-
08.11.2026, 21:47
İdmanElgün Kərimli Yeniyetmələrin Yay Olimpiya Oyunlarının çempionu oldu
-
08.11.2026, 21:23
Olimpiya oyunlarıÇimərlik güləşçimiz Dakar-2026-da qızıl medal qazandı
-
08.11.2026, 20:39
İdmanÇimərlik güləşçilərimiz Dakar-2026-nın finalında
-
08.11.2026, 19:43
Olimpiya oyunlarıDakar-2026: Atletimiz finala yüksəlib
-
08.11.2026, 19:27
Olimpiya oyunlarıDakar-2026: Çimərlik güləşçilərimiz yarımfinala yüksəliblər
-
08.11.2026, 18:07
GündəmMOK-un kollektivi Zəfər Günü münasibətilə Zəfər Parkını ziyarət edib
-
08.11.2026, 17:29
Olimpiya oyunlarıŞose velosipedçimiz Dakar-2026-da mübarizə aparıb
-
08.11.2026, 17:15
İdmanDakar-2026: Taekvondoçumuz mübarizəni dayandırdı
-
08.11.2026, 16:13
Olimpiya oyunlarıDakar-2026: Çimərlik güləşçilərimizdən uğurlu başlanğıc
-
08.11.2026, 12:53
GündəmPrezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
-
08.11.2026, 11:35
İdmanAzərbaycanın zəfər salnaməsi: Böyük fərəhdən böyük qələbəyə
-
08.11.2026, 09:02
GündəmBirinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib
-
07.11.2026, 23:58
MüsahibəNihad Süleymanlı: "Təəssüf ki, bir anlıq səhvə görə qızıl medalı əldən verdim"
-
07.11.2026, 23:40
Olimpiya oyunlarıDakar-2026: Azərbaycan komandası medal siyahısında üç pillə irəlilədi
-
07.11.2026, 23:21
Olimpiya oyunlarıDakar-2026: Bu gün daha 5 idmançımız mübarizəyə başlayır
-
07.11.2026, 21:38
GündəmNihad Süleymanlı Dakar-2026-da Azərbaycana ikinci medalı qazandırdı
-
07.11.2026, 21:09
İdmanDakar-2026: Nihad Süleymanlı finala vəsiqə qazandı
-
07.11.2026, 20:29
GündəmPrezident İlham Əliyevin sosial media hesablarında Vətən Müharibəsi kadrları ilə bağlı paylaşım edilib
-
07.11.2026, 19:55
İdmanDakar-2026: Çimərlik güləşçilərimiz yarımfinala vəsiqə qazandılar
-
07.11.2026, 11:57
GündəmPrezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib
-
07.11.2026, 00:11
İdmanDakar-2026: Çin medal sıralamasında liderdir
-
06.11.2026, 23:45
İdmanDakar-2026: Çimərlik güləşində iki idmançımız mübarizəyə başlayır
-
06.11.2026, 21:05
İdmanSüleyman İsmayılzadə Dakar-2026-da çıxışını 8-ci yerdə başa vurub
-
06.11.2026, 17:54
İdmanAzərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
-
06.11.2026, 17:01
İdmanAFFA nümayəndələri Praqada UEFA-nın illik konfransında iştirak ediblər
-
06.11.2026, 16:25
İdmanAzərbaycan üzgüçüləri Belarusdakı turnirin ilk günündə 2 medal qazanıblar
MOK-da Yunanıstanın Azərbaycandakı səfiri ilə görüş olub
MOK
22.09.2026, 16:04
Sentyabrın 22-də Milli Olimpiya Komitəsinin inzibati binasında (MOK) Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Maria Papakonstantinou ilə görüş keçirilib.
Milli Olimpiya Komitəsinin inzibati binasında keçirilən görüşdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev, xarici əlaqələr idarəsinin müdiri Anar Bağırov, mətbuat katibi Murad Fərzəliyev, Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Maria Papakonstantinou və onun birinci müavini, birinci müşavir Ioannis Mavridis iştirak edib.
Görüşün əsas məqsədi Azərbaycan ilə Yunanıstan arasında idman sahəsində mövcud olan sıx əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və ikitərəfli tərəfdaşlıq imkanlarının müzakirəsi olub.
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə qonaqları salamlayaraq, iki ölkənin Olimpiya komitələri arasında tarixi və möhkəm dostluq əlaqələrinin mövcudluğunu vurğulayıb: “Sizinlə görüşməkdən böyük mənunluq duyuruq. Yunanıstan Olimpiya Komitəsi ilə hər zaman çox sıx əməkdaşlıq əlaqələrimiz olub. Biz dəfələrlə Yunanıstanda səfərdə olmuş, burada keçirilən Olimpiya Oyunlarında iştirak etmişik. Bu gün də münasibətlərimiz yüksək səviyyədə davam edir. Avropa Olimpiya Hərəkatına məhz Yunanıstanın nümayəndəsi, bizim yaxın dostumuz Spiros Kapralos rəhbərlik edir. O, dəfələrlə Azərbaycanda səfərdə olub və biz onunla çox görüşmüşük”.
Daha sonra çıxış edən Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Maria Papakonstantinou səmimi qəbula görə minnətdarlığını bildirərək, Olimpiya Hərəkatının vətəni olan Yunanıstanın Azərbaycanla idman sahəsində əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırıb. Maria Papakonstantinou qeyd edib ki, biz Olimpiya Oyunlarının ölkəsiyik və bu oyunlara bir necə dəfə ev sahibliyi etmək şansına sahib olmuşuq: “Afina Olimpiada Oyunlarında Azərbaycan idmançısının qızıl medal qazanması bizim üçün unudulmaz tarixi anlardan biridir. Olimpiya çempionu Fərid Mansurovla görüşmək bizim üçün xüsusilə xoş olardı. Biz həm də Bakıya gələn bəzi komandalarımızın xahişlərini sizə çatdırmaq, idmançılarımız və komitələrimiz arasında bu cür əməkdaşlığı və birgə fəaliyyəti necə asanlaşdıra biləcəyimizi də müzakirə etmək üçün fikirlərimizi bildirmək istərdik. Bizim Bakıda Milli Güləş Komitəsinin nümayəndələrini səfirlikdə qəbul etmək imkanımız oldu. Onlar bildirdilər ki, buradakı müasir idman infrastrukturu və yaradılan yüksək şəraiti nəzərə alaraq, bizim idmançılarımızın da Bakıda təlim-məşq toplanışları keçməsini təşkil etmək faydalı olardı. Biz azərbaycanlı idmançıların Yunanıstanda, yunanıstanlı idmançıların isə Bakıda təlim-məşq toplanışları keçməsi üçün analoji şərait yaratmağa və təcrübə mübadiləsini genişləndirməyə hazırıq. Düşünürəm ki, əməkdaşlığa başlamaq üçün ortaq bir nöqtə tapmaq hər iki tərəf üçün çox faydalı olar”.
MOK-un baş katibi Azər Əliyev Azərbaycan və Yunanıstan arasında idman sahəsində tərəfdaşlıq və qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi perspektivlərinə dair öz fikirlərini bildirib.
MOK-un baş katibi federasiyalar arasında birbaşa əlaqələrin qurulmasına və birgə təşəbbüslərin həyata keçirilməsinə dəstək verməyə hazır olduqlarını vurğulayıb: “Biz federasiyalarla sıx əlaqələrin qurulmasına dəstək ola və onları bu barədə məlumatlandıra bilərik. Çünki bu təklif bizim üçün də böyük maraq kəsb edir. Məlum olduğu kimi, Azərbaycan güləş, cüdo və taekvondo kimi təmas və döyüş idman növlərində zəngin ənənələrə və güclü idmançılara sahibdir. Yunanıstan isə öz növbəsində yüngül atletika, su idman növləri və su polosu üzrə yüksək nəticələri ilə seçilir. Düşünürəm ki, bu fərqli üstünlüklər qarşılıqlı əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır. Bu təşəbbüs bizi çox maraqlandırır və prosesin asanlaşdırılması üçün MOK olaraq üzərimizə düşən bütün dəstəyi göstərməyə hazırıq. Məlumat üçün deyim ki, 2004-cü ildə Yunanıstan prezidenti bu binanı ziyarət edib və hətta həyətdə bir ağac da əkib. Bu da Yunanıstanın bir dövlət olaraq Olimpiya Hərəkatına nə qədər böyük dəyər verdiyini və ölkəmizin Milli Olimpiya Komitəsinə olan diqqətini aydın göstərir”.
Azər Əliyev çıxışında iki ölkə arasındakı ikitərəfli əlaqələrin dinamik inkişafına da toxunaraq Yunanıstanın hər zaman Azərbaycana dəstək nümayiş etdirdiyini diqqətə çatdırıb. O, xüsusilə diplomatik müstəvidə göstərilən dəstəyi yüksək qiymətləndirib: “Yunanıstan hər zaman bizə böyük dəstək olur. Şengen vizasının əldə olunması idmançılarımız və nümayəndə heyətlərimiz üçün həmişə həssas məsələlərdən biridir. Bu baxımdan Yunanıstanın ölkəmizdəki səfirliyi bizə hər zaman ən çox köməklik və yaxından dəstək göstərən diplomatik nümayəndəliklərdən biridir”.
Görüşün sonunda Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Maria Papakonstantinouya xatirə hədiyyəsi təqdim edib.