SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Avropa çempionatı: Voleybol millimiz qrupdakı son oyunda məğlub oldu

Avropa çempionatı: Voleybol millimiz qrupdakı son oyunda məğlub oldu 

İdman

28.08.2026, 20:40

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakıda təşkil olunan Avropa çempionatının C qrupunda sonuncu oyununu keçirib.

Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv Niderland seçməsi ilə üz-üzə gəlib.

Milli Gimnastika Arenasında baş tutan qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 3:1 (15:25, 25:16, 25:22, 25:19).

Azərbaycan millisi 8 xalla qrup üçüncüsü kimi 1/8 finala vəsiqə qazanıb.

Xatırladaq ki, daha əvvəl Portuqaliya, İspaniya və Rumıniyanı məğlub edən yığma Belçikaya uduzub.

Dİgər xəbərlər