SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Dünya çempionatında beşinci yarış gününə start verilir

Dünya çempionatında beşinci yarış gününə start verilir

İdman

Bugün, 10:04

Bu gün Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının beşinci yarış gününə start veriləcək. 

Olimpnews.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan yarışda daha dörd cüdoçumuz iki çəki dərəcəsində qüvvəsini sınayacaq. Qadınların yarışında -70 kq çəki dərəcəsində Südabə Ağayeva ilk görüşünü 1/32 final mərhələsində keçirəcək. Onun rəqibi İspaniya təmsilçisi Ai Tsunoda Roustant olacaq.

Kişilərin -90 kq çəki dərəcəsində Elcan Hacıyev 1/32 finalda ABŞ cüdoçusu Aleksander Knaufla, Süleyman Şükürov isə norveçli Kornelius Eylertsenlə qarşılaşacaq. Digər idmançımız Murad Fətiyev yarışa 1/16 finaldan qoşulacaq. Cüdoçumuz Yahor Varapayev (Belarus) – Teodoros Tselidis (Yunanıstan) görüşünün qalibi ilə üz-üzə gələcək.

Təsnifat mərhələsi saat 10:30-da başlayacaq. Medal görüşlərinin keçiriləcəyi final blokuna isə saat 18:00-da start veriləcək.

Dİgər xəbərlər