SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Dünya çempionatı: Murad Fətiyev bürünc medal uğrunda yarışacaq

Dünya çempionatı: Murad Fətiyev bürünc medal uğrunda yarışacaq

İdman

Bugün, 15:18

Azərbaycan cüdoçusu Murad Fətiyev (90 kq) Bakıda keçirilən dünya çempionatında bürünc medal uğrunda görüşə çıxacaq.

Olimpiyadunyasi.com xəbər verir ki, 90 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda ikiqat dünya çempionu olan yaponiyalı Qoki Tayimaya uduzub.

O, üçüncü yer uğrunda görüşdə serbiyalı dünya və Avropa çempionu Nemanya Maydovla qarşılaşcaq.

Qeyd edək ki, mübarizəyə 1/16 final mərhələsindən başlayan Murad yunanıstanlı Teodoros Tselidis, estoniyalı Klen Kristofer Kalyulayd və  fransalı Aleksa Mitroviçi mübarizədən kənarlaşdırmışdı. 

Dİgər xəbərlər