SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Lotar Matteus: "Cüdo məni özünə valeh edir"

Lotar Matteus: \"Cüdo məni özünə valeh edir\"    

İdman

Bugün, 18:15

"Bakıda olmaqdan çox şadam".

Olimpnews.az xəbər verir ki, bu sözləri Almaniya millisinin heyətində dünya çempionu olmuş keçmiş futbolçu Lotar Matteus Bakıda keçirilən cüdo üzrə dünya çempionatı zamanı jurnalistlərə müsahibəsində bildirib.  

​O qeyd edib ki, dünya çempionatı istənilən idman növündə maraqla gözlənilən yarışdır.  

"Beynəlxalq Cüdo Federasiyasının dəvəti ilə Bakıdayam. Ümumiyyətlə isə ilk dəfədir ki, Bakıya gəlmişəm. Cüdoya marağım böyükdür. Bu idman növündə hakimə böyük hörmət var. Təəssüf ki, futbolda bu, bəzən belə olmur. Bu səbəbdən də cüdo məni özünə valeh edir. Bundan əvvəl Parisdə, Rio-de-Janeyroda və digər şəhərlərdə olan cüdo yarışlarında iştirak etmişəm. Bakıdakı yarışda da olmaqdan çox şadam", - deyə məşhur futbolçu qeyd edib. 

Dİgər xəbərlər