SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Olimpiya çempionumuz dünya çempionatına qələbə ilə başladı

Olimpiya çempionumuz dünya çempionatına qələbə ilə başladı

İdman

Bugün, 10:55

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Bakıda keçirilən cüdo üzrə dünya çemponatında mübarizəyə başlayıb.

Olimpiyadunyasi.com xəbər verir ki, -100 kq çəki dərəcəsində tatami üzərinə çıxan Avropa, dünya və Olimpiya çempionumuz 1/32 finalda türkmənistanlı Baymırat Majanovla qarşılaşıb. Rəqibinə qalib gələn titullu cüdoçumuz adını 1/16 finala yazdırıb. 

Qeyd edək ki, hazırda Azərbaycan cüdoçularının aktivində 5 medal var. Təmsilçilərimizdən Əhməd Yusifov (-60 kq) qızıl, Zelim Tçkayev (-81 kq) gümüş, Rəşid Məmmədəliyev (-73 kq), Ömər Rəcəbli (-81 kq) və Murad Fətiyev (-90 kq) isə bürünc medal qazanıb.

Milli Gimnastika Arenasında keçirilən çempionata oktyabrın 11-də qarışıq komnda yarışları ilə yekun vurulacaq. 

Dİgər xəbərlər