SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

III Beynəlxalq Xankəndi Ultramarafonuna Qəbələdə start verilib

III Beynəlxalq Xankəndi Ultramarafonuna Qəbələdə start verilib 

İdman

Bugün, 10:40

Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər Halqasının birgə təşkilatçılığı ilə keçirilən III Beynəlxalq Xankəndi Ultramarafonuna Qəbələ şəhərində start verilib.

Olimpiyadunyasi.com xəbər verir ki, əvvəlcə Ulu Öndər Əliyevin Qəbələ şəhərindəki abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.

Ardınca Dövlət Himni səsləndirilib, Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov ultramarafonun təşkilinin əhəmiyyətindən danışıb. 

Azərbaycan Atletika Federasiyasının baş katibi Məhərrəm Sultanzadə isə atletika idman növünə marağın yüksək olduğunu qeyd edib. O, xarici idmançıların da burada iştirakını müsbət məqam kimi qiymətləndirib.                                                                                                Qeyd edək ki, yarışda yarışda 5 ölkədən 97 atlet iştirak edir.

Beynəlxalq ultramarafonun keçirilməsində əsas məqsəd sağlam həyat tərzinin və qaçış idmanının təbliği, həmçinin Azərbaycanın müxtəlif bölgələrinin idman vasitəsilə tanıdılmasıdır. 192 kilometrlik Qəbələ–Xankəndi marşrutu iştirakçıların fiziki hazırlığını və dözümlülüyünü sınayan ciddi mübarizə vəd edir.

Ultramarafon dörd mərhələdən ibarət olacaq: Qəbələ–Ağdaş (55 kilometr), Ağdaş–Bərdə (65 kilometr), Bərdə–Ağdam (44 kilometr) və Ağdam–Xankəndi (28 kilometr). Hər mərhələnin qalibləri ayrıca təltif ediləcək, ultramarafonun ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər.

Dİgər xəbərlər