SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Azərbaycan idmançıları idman dırmanması üzrə Avropa çempionatında iştirak edəcək

Azərbaycan idmançıları idman dırmanması üzrə Avropa çempionatında iştirak edəcək

İdman

Bugün, 14:24

İdman dırmanması üzrə böyüklərdən ibarət Azərbaycan millisinin üzvləri Fransanın Laval şəhərində keçiriləcək Avropa çempionatında (sürət və çətinlik növləri) iştirak edəcəklər.

Bu barədə Olimpiyadunyasi.com-a Azərbaycan Alpinizm Federasiyasından məlumat verilib.

Avqustun 28–30-da keçiriləcək yarışda ölkəni Çingiz Tağızadə, Leyla Əhmədova və Sima Səfərova təmsil edəcəklər. İdmançılar sürət (Speed) və çətinlik (Lead) dırmanması növlərində qüvvələrini sınayacaqlar.

Azərbaycan komandasına yarışda Aysel Sultanova rəhbərlik edəcək.

Dİgər xəbərlər