SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

"Böyük Dəbilqə": Azərbaycanın beş cüdoçusu mübarizəyə başlayır

\"Böyük Dəbilqə\": Azərbaycanın beş cüdoçusu mübarizəyə başlayır

İdman

Bugün, 09:52

Bu gün İsveçrənin Lozanna şəhərində cüdo üzrə "Böyük Dəbilqə" turnirinə start veriləcək. 

Olimpiyadunyasi.com xəbər verir ki, ilk yarış günündə Azərbaycanın beş cüdoçusu mübarizəyə başlayacaq. Komandamızın üzvlərindən Gültac Məmmədəliyeva, Leyla Əliyeva (hər ikisi 52 kq), Əhməd Yusifov (60 kq), Turan Bayramov və Ruslan Paşayev (hər ikisi 66 kq) tatami üzərinə çıxacaqlar.

Xatırladaq ki, Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən turnirdə Azərbaycan 9 çəki dərəcəsində 14 cüdoçu (10 kişi, 4 qadın) ilə təmsil olunur. "Böyük Dəbilqə" turnirinə avqustun 30-da  yekun vurulacaq.

Dİgər xəbərlər