SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Stolüstü tennisçilərimiz"Euro Mini Champs" turnirində iştirak edəcəklər

Stolüstü tennisçilərimiz\"Euro Mini Champs\" turnirində iştirak edəcəklər

İdman

Bugün, 12:39

Azərbaycanın 13 yaşadək stolüstü tennisçilərdən ibarət milli komandası Fransada keçiriləcək "Euro Mini Champs" turnirində mübarizə aparacaq.

Olimpiyadunyasi.com Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarış avqustun 28-də Şiltinheym şəhərində start götürəcək.

Heyətdə Əliəkbər Mirzəliyev, Cəfər Almədədli, Camal Kərim, Mehin Mirzəbalayeva, Yasəmən Həbibova, Gülnur Kərimli və Səidə Qulizadə yer alıblar. İdmançılar məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi altında çıxış edəcəklər.

Kiçik Avropa çempionatı adlandırılan və sayca 20-ci olan turnirə avqustun 31-də yekun vurulacaq.

Qeyd edək ki, stolüstü tennisçi Onur Quluzadə 2024-cü ildə bu yarışda bürünc medal qazanıb.

Dİgər xəbərlər