SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

“Sabah” Çempionlar Liqasının tarixinə düşüb

“Sabah” Çempionlar Liqasının tarixinə düşüb

İdman

Bugün, 11:54

“Sabah” klubu UEFA Çempionlar Liqasında tarixi uğura imza atıb.

Azərbaycan təmsilçisi turnirin təsnifat mərhələsindən əsas raunda vəsiqə qazanan ən gənc komanda olub. 2017-ci ildə təsis edilən klub cəmi 9 ildən sonra Çempionlar Liqasının liqa mərhələsinə yüksəlib.

Daha əvvəl bu rekord Rusiyanın “Krasnodar” klubuna (12 il) məxsus olub.

Qeyd edək ki, “Sabah” Çempionlar Liqasının pley-off mərhələsində İsrailin “Hapoel” (Beer-Sheva) klubunu iki oyunun nəticəsinə əsasən 6:4 hesabı ilə məğlub edərək liqa mərhələsinə vəsiqə qazanıb. “Bayquşlar” “Qarabağ”dan sonra turnirin əsas mərhələsinə yüksələn ikinci Azərbaycan klubu olub.

 

Dİgər xəbərlər