SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Dünya çempionatında iki medal qazanan Azərbaycan cüdoçuları Vətənə qayıdıb

Dünya çempionatında iki medal qazanan Azərbaycan cüdoçuları Vətənə qayıdıb

İdman

Bugün, 13:12

Ekvadorun Quayakil şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında dünya çempionatında iki medal qazanan Azərbaycan milli komandası Vətənə qayıdıb.

Olimpiyadunyasi.com Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, cüdoçularımızı Heydər Əliyev Beynəlxalq Hava Limanında idman ictimaiyyətinin nümayəndələri, media təmsilçiləri, federasiya rəsmiləri və idmançıların yaxınları qarşılayıblar.
Xatırladaq ki, Fərid Rzazadə (-50 kq) bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub. Ayxan Həsənli (-81 kq) isə gümüş medala sahib çıxıb.
Azərbaycan millisi yarışı 1 qızıl və 1 gümüş medalla başa vuraraq 59 ölkə arasında oğlanların mübarizəsində dördüncü, ümumi medal sıralamasında isə beşinci yeri tutub.

Dİgər xəbərlər