SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

"Sabah" Çempionlar Liqasında cavab oyununa çıxacaq

\"Sabah\" Çempionlar Liqasında cavab oyununa çıxacaq

İdman

Bugün, 10:22

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start veriləcək. 

Olimpiyadunyasi.com xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirindəki yeganə təmsilçimiz "Sabah" da bu gün cavab qarşılaşmasına çıxacaq.

Valdas Dambrauskasın baş məşqçi olduğu komandamız Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda İsrail təmsilçisi "Hapoel" (Beer-Şeva) klubu ilə üz-üzə qarşılaşacaq. Bakı vaxtı ilə saat 20:45-də başlayacaq oyunun baş hakimi rumıniyalı FIFA referisi İştvan Kovaç olacaq. 

Xatırladaq ki, bu komandaların ilk oyununda İsrail klubu 2:1 hesablı qələbə qazanmışdı.

Dİgər xəbərlər