SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Lənkəranda səhər idmanı: sağlam həyat tərzinə çağırış

Lənkəranda səhər idmanı: sağlam həyat tərzinə çağırış

İdman

Bugün, 13:55

Lənkəran şəhərin qonaqları Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin və RAEV “Qadın Ailə Məkanı”nın birgə təşkilatçılığı ilə Gənclər və İdman Nazirliyinin təşəbbüsünə qoşularaq RAEV “Qadın Ailə Məkanı”nda səhər idmanı edərək sağlam həyat tərzinə çağırış ediblər.

Olimpiyadunyasi.com xəbər verir ki, daha sonra qonaqlar çay süfrəsi ətrafında bir araya gələrək səmimi söhbət aparıblar. Söhbət zamanı sağlam həyat tərzi, idmanın sağlamlığa faydaları və fiziki aktivliyin gündəlik həyatdakı rolu barədə fikir mübadiləsi aparılıb.

Tədbirin təşkilində məqsəd idmanın hər bir insan üçün həyat tərzinə çevrilməsi və hər kəsin günə gümrah başlamasıdır. 

 

Dİgər xəbərlər