SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

«Ən çox sevdiyim iş çörək bişirməkdir»

 «Ən çox sevdiyim iş çörək bişirməkdir»

İdman

Bugün, 19:33

«Haas» komandasının pilotu Oliver Berman dostları ilə birlikdə Monako yaxınlığındakı təpələrdə velosiped mağazası və kafe açıb.

«Bir neçə dostumla açdığım velosiped dükanım var. O, Monakonun yaxınlığında, velosipedçilərin çox olduğu çox məşhur bir ərazidə yerləşir. Hamımız üçün bu uğurlu layihə hesab olunur. Çünki biz velosiped sürməyi sevirik. Kafedə bananlı çörəyimiz və öz tortlarımız geniş alıcı kütləsi toplayıb. Biz yaxşı qəhvəyə çox diqqət yetiririk. Mən özüm də çox qəhvə içməsəm də, bunun nə qədər vacib olduğunu və velosipedçilərin bu barədə nə qədər seçici olduğunu bilirəm. Ən çox sevdiyim iş çörək bişirməkdir. Tortlarımıza isə söz ola bilməz», - deyə 21 yaşlı Oliver «F1 Beyond The Grid» podkastına verdiyi müsahibədə bildirib.

Dİgər xəbərlər