SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

İraq millisinin 5 futbolçusu ABŞ vizası ala bilmədi

İraq millisinin 5 futbolçusu ABŞ vizası ala bilmədi

İdman

Bugün, 16:50

Futbol üzrə dünya çempionatı ərəfəsində İraq millisində viza problemi yaranıb.

Olimpiyadunyasi.com xəbər verir ki, bu barədə “Shafaq News” nəşri İraq Futbol Federasiyasının üzvü Qalib Əl-Zəmeliyə istinadən məlumat yayıb.

Məlumata görə, yığmanın 5 futbolçusu - İbrahim Bayeş, Mühənnəd Əli, Zeyd Tahsin, Heydər Əbdül-Kərim və Əli Əl-Hamadi ABŞ vizası ala bilməyiblər. İmtinaların müxtəlif səbəblərlə bağlı olduğu bildirilib.

Qeyd olunub ki, İraq Futbol Federasiyası məsələ ilə əlaqədar FIFA-ya müraciət etməyə hazırlaşır. Federasiya rəhbərliyi mundiala hazırlıq prosesində vacib hesab olunan futbolçuların probleminin qısa zamanda həllinə ümid etdiyini bildirib.

Dİgər xəbərlər