XƏBƏR LENTİ
03 Oktyabr 2023
02 Oktyabr 2023
01 Oktyabr 2023
29 Sentyabr 2023
22 Sentyabr 2023
21 Sentyabr 2023
20 Sentyabr 2023



Naxçıvanda badminton üzrə ilk idman klubu yaradılıb
İdman 10:03 / 29.09.2022
Naxçıvan Muxtar Respublikasında badminton idman klubunun yaradılması ilə bağlı tədbir keçirilib. Naxçıvan Dövlət Universitetidə keçirilən tədbirdə rektor Elbrus İsayev, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Ramil Hacı, Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov iştirak edib.

Tədbirdə çıxış edən Ramil Hacı Naxçıvan Muxtar Respublikasında badmintonun inkişafı ilə bağlı görülən işlərlə bağlı məlumat verərək bu sahədə həyata keçirilməsi planlaşdırılan tədbirlərdən danışıb.

Ramil Hacı çıxışında bildirib ki, Azərbaycan Badminton Federasiyası ilə qurulan sıx əməkdaşlıq əlaqələrinin nəticəsi kimi cari ilin iyun-iyul aylarında burada fiziki tərbiyə müəllimləri üçün Milli Olimpiya Komitəsinin təşkilatçılığı, Dünya Badminton Federasiyasının dəstəyi ilə "Level-1” məşqçilik kursları keçirilib, ilk badminton klubunun yaradılması qərara alınıb.

Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov isə ölkəmizdə bu idman növünün inkişafından danışaraq badminton üzrə yaradılan ilk idman klubunun fəaliyyətində uğurlar arzulayıb.

Tədbir zamanı Naxçıvanda keçirilən "Level-1” məşqçilik kurslarını bitirən fiziki tərbiyə müəllimlərinə Dünya Badminton Federasiyasının sertifikatları təqdim olunub.


10294 oxunub

InvestAZ