XƏBƏR LENTİ
06 Fevral 2026
05 Fevral 2026
04 Fevral 2026
03 Fevral 2026
02 Fevral 2026
29 Yanvar 2026
28 Yanvar 2026



Olimpiadanın açılış oyunu təxirə salındı
İdman 10:30 / 06.02.2026
Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarının qadınlardan ibarət Finlandiya və Kanada yığmaları arasında keçirilməli olan açılış oyunu təxirə salınıb.
Olimpiyadunyasi.com xəbər verir ki, buna səbəb Finlandiya millisində bağırsaq virusunun yayılması olub. 
İlk mərhələnin qarşılaşması fevralın 12-nə keçirilib.
Qərar Finlandiya yığmasının cəmi 8 meydan oyunçusu və 2 qapıçı ilə məşq edə bilməsindən sonra qəbul edilib. Daha 13 hokkeyçi karantində və ya izolyasiyada saxlanılır.
Dünyada kəskin qastroenteritlərin əsas səbəblərindən biri sayılan norovirusun əlamətləri adətən 12-48 saat ərzində özünü göstərir. Xəstəlik ürəkbulanma, qusma, sulu ishal, qarın ağrıları, halsızlıq və yüngül qızdırma ilə müşayiət olunur. Əksər hallarda xəstəlik 1-3 gün davam edir. 
Qış Olimpiya Oyunlarının təşkilatçıları komandanın vəziyyətini nəzarətdə saxladıqlarını və idmançıların sağlamlığının yarış təqvimindən üstün tutulduğunu vurğulayıblar.
303 oxunub

InvestAZ