XƏBƏR LENTİ
06 Fevral 2026
05 Fevral 2026
04 Fevral 2026
03 Fevral 2026
02 Fevral 2026
29 Yanvar 2026



Milan-Kortina-2026: Azərbaycan nümayəndə heyəti paraddan 11-ci keçəcək
İdman 11:04 / 06.02.2026

Azərbaycan nümayəndə heyətinin İtaliyada XXV Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimindəki parad zamanı keçid sırası müəyyənləşib.

 

Olimpiyadunyasi.com xəbər verir ki, komandamız tamaşaçılar önündən 92 ölkə arasında 11-ci keçəcək. 

 

Bayrağımızı dağ xizəkçisi Anastasiya Papatoma və fiqurlu konkisürən Vladimir Litvintsev daşıyacaq.

 

Parad zamanı milli komandalar müəyyən edilmiş ardıcıllıqla stadiondan keçəcəklər. Parad ənənəyə uyğun olaraq, Yunanıstanla başlayacaq, ev sahibləri isə mərasimin sonunda arenaya daxil olacaqlar.

 

"San Siro” stadionunda təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bununla da Oyunlar rəsmən açıq elan olunacaq.

 

Təmsilçilərimizdən Vladimir Litvintsev fevralın 10-da Milan şəhərində fiqurlu konkisürmə üzrə qısa proqramla mübarizəyə start verəcək. Anastasiya Papatoma isə ayın 15-də nəhəng slalom (giant slalom), 3 gün sonra slalom növündə qüvvəsini sınayacaq. Yarışlar İtaliyanın məşhur dağ-xizək mərkəzi olan Kortina Ampetsoda keçiriləcək.

 

Qeyd edək ki, XXV Qış Olimpiya Oyunları fevralın 6-dan 22-dək, Paralimpiya Oyunları isə martın 6-dan 15-dək təşkil olunacaq.

 

Xatırladaq ki, Olimpiya Oyunları fevralın 4-də körlinq yarışları ilə start götürüb.


306 oxunub

InvestAZ