XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



“Neftçi” Avrokuboklarla vidalaşdı
İdman 01:53 / 12.08.2022

Paytaxtın "Neftçi” futbol klubu UEFA Avropa Konfrans Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində cavab oyununa çıxıb. Baş məşqçi Laurentsiu Regekampfın kollektivi səfərdə Avstriyanın "Rapid” (Vyana) komandası ilə qarşılaşıb. Vyanadakı "Alyans” stadionunda oynanılan səfər qarşılaşmasını norveçli hakim Rohit Saqqi idarə edib. Qarşılıqlı hücumlar şəraitində keçən matçın birinci hissəsində hesab açılmayıb. İlk hissədə "Neftçi"nin müdafiəçisi Azər Salahlı zədələndiyi üçün onun yerinə 20-ci dəqiqədə meydana Mert Çelik daxil olub. Otuz yeddinci dəqiqədə komandamızın futbolçusu Kenni Sayefin fərqlənməsinə rəqib qapıçı imkan verməyib. Komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar. Görüşdə hesabı ikinci hissədə rəqib komanda açıb. Qarşılaşmanın 66-cı dəqiqəsində meydan sahiblərinin heyətində Marko Qrüll fərqlənib. Paytaxtımızda təşkil olunmuş matçda "Neftçi" 2:1 hesabı ilə qalib gəldiyi üçün bu görüşdə əlavə vaxta oynanılıb. Əvvəlcə oyunda zədələnən Kenni Sayefi Azər Əliyev əvəz edib. "Rapid" 112-ci dəqiqədə Ferdi Druifun vurduğu qolu sayəsində hesab arasındakı fərqi artırıb. Beləliklə, rəqibinə 0:2 hesabı ilə məğlub olan "Neftçi" UEFA Konfrans Liqasında mübarizəni dayandırıb.

Bu matçın qalibi olan "Rapid” yekun hesabda 3:2 hesabı ilə üstün olaraq turnirin növbəti - pley-off mərhələsində yüksəlib. Onun rəqibi Lixtenşteynin "Vaduts” klubu olacaq.


16464 oxunub

InvestAZ