XƏBƏR LENTİ
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026



Çingiz Hüseynzadə: "Olimpiya mükafatçılarımızın medal problemi birdəfəlik həll edildi”
İdman 23:19 / 09.04.2026

"Paris Olimpiya Oyunlarından sonra medalar məsələsi gündəmdə idi. Nəhayət, aşılanmaya məruz qalmış Olimpiya medalları yenisi ilə əvəz olundu və onları Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin iclasında öz sahiblərinə təqdim etdik”.

 

Bu sözləri Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə MOK-un İcraiyyə Komitəsinin (İK) iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

 

"Olimpiya mükafatçılarımızın medal problemi birdəfəlik həll edildi. Digər beş idmançı isə öz medallarını təqdim etmədilər. Çünki onlar öz mükafatlarından razıdırlar. Biz onlarla yenidən əlaqə saxladıq, şəxsən mən Hidayət Heydərov və Zelim Kotsoyevlə danışdım, onların medalları ilə bağlı heç bir problem yoxdur. Əsasən bu iki idmançının medalında aşınmalar olmuşdu ki, onlar da yenisi ilə əvəzləndi” - deyə, Çingiz Hüseynzadə bildirib.

 

MOK-un vitse-prezidenti İcariyyə Komitəsinin iclasında bir çox məsələnin müzakirə olunduğunu da qeyd edib: "İclasda MOK-un beynəlxalq proqramlar idarəsinin hesabatını dinlədik. Milli Olimpiya Komitəsi son illərdə bir çox layihələr həyata keçirir. İdman mütəxəssislərinin hazırlanması, məşqçilik kurslarının təşkil edilməsi, komanda idman növlərinə yardım kimi bir çox məsələlər haqqında hesabat dinlənildi və təsdiq olundu. MOK-un bu sahədəki fəaliyyəti bundan sonra da davam edəcək və bir çox layihələr həyata keçiriləcək. İcraiyyə Komitəsində müzakirə olunan məsələlərdən biri də MOK-un Atletlər Komissiyası ilə bağlı idi. Dünyanın bütün idman qurumlarında atletlər təmsil olunur və bu çox vacib məsələdir. Biz də bu səbəbdən qərara gəldik ki, MOK-un Atletlər Komissiyanın sədri Fəridə Əzizova bundan sonra səsvermə hüququ olmadan İcraiyyə Komitəsinin iclaslarında daimi iştirak etsin”.

 

Çingiz Hüseynzadə Atlanta-1996 Yay Olimpiya Oyunlarının 30 illik yubileyinin təntənəli surətdə qeyd olunması və bununla bağlı kitab dərc olunacağını qeyd edib: "Bu il Atlanta-1996 Yay Olimpiya Oyunlarının 30 illik yubileydir. Atletlərimiz ilk dəfə 1996-cı ildə Olimpiya Oyunlarında komanda şəklində iştirak edib. Milli Olimpiya Komitəsi bu yubileyin təntənəli surətdə qeyd olunması üçün tədbirlər planı hazırlayıb. 30 illik yubileylə bağlı kitab hazırlanacaq. Unudulmuş insanları yad etmək istəyirik. Hətta bu Oyunlar haqqında film də çəkməyi düşünürük. Həmin olimpiadada iştirak edən Azərbaycanın nümayəndə heyətinin, idmançıların, məşqçilərin, jurnalistlərin Atlanta 1996 Yay Olimpiya Oyunları haqqında fikirləri, xatirələri filmdə öz əksini tapacaq. Yubiley gününə qədər film və kitab hazır olacaq”.

 

Çingiz Hüseynzadə İcraiyyə Komitəsinin nəzdində Ekspertlər Şurasının yaradılmasının əhəmiyyətindən də danışıb. "Digər idman növlərimiz olimpiadada təmsil olunduğu üçün biz onlarla həmişə birbaşa əlaqədə oluruq. Amma komanda idman növlərində vəziyyət bir qədər fərqlidir. Ona görə də biz Ekspertlər Şurasını yaratmaq qərarına gəldik. Şuranın tərkibində hər komanda idman növü üzrə bir nəfər təmsil olunacaq. Beləliklə, əlaqələrimiz möhkəmlənəcək. Biz də müəyyən qədər informasiya əldə edə biləcəyik” - deyə, Çingiz Hüseynzadə qeyd edib.

 

Xatırladaq ki, taekvondoçu Qaşım Maqomedovun aşılanmaya məruz qalmış gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərovun isə bürünc medalı MOK-un Beynəlxalq Olimpiya Komitəsinə müraciətindən sonra yenilənib və İcraiyyə Komitəsinin iclasında idmançılara təqdim olunub.


454 oxunub

InvestAZ